rotate to play

Nifrət etmək yoxsa dözümlü olmaq?

Rollar seçin

Oyunun qaydaları

Haqqımızda
Təsəvvür edin ki, siz jurnalistsiniz. Oyun sizə müstəqil şəkildə hekayənizi qurmağa, dərc etməyə, mənbələr axtarmağa, faktları yoxlamağa, fikirləri balanslaşdırmağa və daha da önəmlisi, sizin tolerant və ya dözümsüz müxbir olduğunuzu test etməyə imkan yaradır.

Birinci mərhələdə iştirakçı bir neçə mümkün cavabdan düzgün cavabı işarələməklə qərarlar verir; ikinci mərhələdə bir hekayə qurur və agentliyin veb səhifəsində dərc edir.

Sonunda ən yaxşı nəticə göstərən oyunçu mələyə çevriləcək, eyni zamanda ən pis nəticə göstərmiş oyunçu isə qəzəblənəcək. Hər kəsin son işi görmək və səhvləri təhlil etmək fürsəti var.
Şəkil
başlıq
1/7
Nifrət etmək yoxsa dözümlü olmaq?
Siz Flash News şirkətinin müxbirisiniz. Facebook istifadəçisi Madonna Cəngavər adlı məktəb haqqında bir yazı yazdı:
Sosial şəbəkələrdə xəbərin təkzibedilməz fakt kimi təqdim edilməsindən və informasiyanın auditoriya üçün aldadıcı olmasından yayınmaq üçün onu ən azı iki müstəqil mənbə ilə yoxlamaq və məsələni balanslaşdırılmış şəkildə təqdim etmək lazımdır.
2/7
Nifrət etmək yoxsa dözümlü olmaq?
Hekayədə şərhi yararlı olmayan bir mənbəni işarələyin.
Məktəb rəhbərliyi, valideyn tərəfindən verilən məlumatları mütləq yoxlamaq üçün başqa müstəqil mənbədir.
Bütün valideynlər həmfikir deyillər və məktəbin qərarı ilə razılaşanların fikrini işıqlandırmaq vacibdir.
Şərhlərin heç də hamısı vacib deyil. Medianın ictimai xadim olmayan insanlar tərəfindən yazılan nifrət dolu şərhləri nəzərə almamağı daha yaxşı olar. Siz yalnız sosial şəbəkədəki yazıdakı bəzi şərhlərin nifrətə təhrik etdiyini qeyd edə bilərsiniz.
Arzu ediləndir ki, bu xəbərin obyektləri deyil, subyektləri olmasını təmin etmək üçün miqrant valideynlərin fikirləri əldə edilsin.
3/7
Nifrət etmək yoxsa dözümlü olmaq?
Fikirləri deyil, faktları əks etdirən 5 cümlə seçin. Bir xəbərin mətnini tərtib edin.
Fakt sübutlarla yoxlanıla və təsdiqlənə bilən bir şeydir. Fikir müəyyən bir insanın inancı və ya görüşüdür.
Siz yalnız cümlələri seçməli deyilsiniz, həm də onları düzgün ardıcıllıqla düzməlisiniz. Cümlələrə baxın və əgər onların ardıcıllığını dəyişmək lazım olduğunu düşünürsünüzsə dəyişin. Əgər ehtiyac görmürsünüzsə növbəti suala keçin. Ardıcıllığı dəyişmək üçün istədiyiniz cümləni çəkərək lazım olan yerə qoya bilərsiniz.
4/7
Nifrət etmək yoxsa dözümlü olmaq?
Bütün tərəflərin fikirlərini balanslaşdırılmış şəkildə əks etdirən 4 şərh seçin və müvafiq cümlələrdə mətnə daxil edin.
Bütün miqrantların müsəlman olduğu və müsəlman miqrantların terrorist olduğu stereotipi gücləndirən bir şərhi yaymayın. Bunu etməklə, nifrətin təhrik olunmasına kömək etmiş olacaqsınız.
Qaçqın uşaqların valideynləri haqqında bir şərh hərtərəfli və əhatəli hesabat verməyə kömək edəcəkdir.
Məktəbin qərarını tənqid edən valideyn, hekayənin tərəflərindən biridir və onun mövqeyi hesabatda təqdim edilməlidir; bununla belə nifrət nitqi şərhini parafraz etmək tövsiyə olunur.
Valideynlər eyni deyildir və hər kəs miqrantlara qarşı mənfi münasibət bəsləmir; buna görə fərqli mövqedə olanların rəyləri də təmsil edilməlidir.
Növbəti suala keçməzdən əvvəl hər bir qırmızı şərhi çəkərək müvafiq cümlədən dərhal sonraya yerləşdirin.
5/7
Nifrət etmək yoxsa dözümlü olmaq?
#etiketlər üçün 2 əsas söz seçin.
Qaçqın statusu vətəndaşı olduğu ölkədən kənarda olan, dini, milli, müəyyən bir sosial qrupa üzvlük və ya siyasi fikirləri səbəbindən əsaslı təqib olunma qorxusu olan xarici vətəndaşa və ya vətəndaşlığı olmayan şəxsə verilir
Qaçqından fərqli olaraq, məcburi köçkün öz evindən qaçmaq məcburiyyətində qalan, lakin ölkəsinin sərhədləri içərisində qalan şəxsdir.
Müəyyən bir ölkəyə daxil olma prosedurunu pozan və ya ölkədə qalma hüququna malik olmayanlara tətbiq olunan termin olan “qeyri-qanuni» ifadəsini bütün əcnəbilərə tətbiq etmək yanlışdır. Əgər hekayə üçün vacibliyi yoxdursa, və mövzunun mahiyyətini başa düşmək üçün önəmli deyilsə, bir insanın dinini və ya digər kimliklərini göstərmək məqbul deyildir.
Miqrant özünün maddi və sosial şəraitini, həmçinin, şəxsi və ya ailəsinin gələcək perspektivlərini yaxşılaşdırmaq üçün bir ölkədən digərinə hərəkət edən bir şəxsdir.
6/7
Nifrət etmək yoxsa dözümlü olmaq?
Başlığı seçin.
Qaçqın statusu vətəndaşı olduğu ölkədən kənarda olan, dini, milli, müəyyən bir sosial qrupa üzvlük və ya siyasi fikirləri səbəbindən əsaslı təqib olunma qorxusu olan xarici vətəndaşa və ya vətəndaşlığı olmayan şəxsə verilir
Bir valideynin şərhini ümumiləşdirmək və onu bütün valideynlərin paylaşılan mövqeyi kimi təqdim etmək çaşdırıcıdır və dəqiqlik və qərəzsizlik prinsipini pozur.
Müxtəlif şəxsiyyətli insanlara qarşı dözümsüzlüyə haqq qazandıran belə bir sitat istifadə etməyin. Neqativizm və münaqişələrə yönələn bir sensasiyalı başlıq yerinə, neytral bir fikir seçin.
7/7
Nifrət etmək yoxsa dözümlü olmaq?
Bir şəkil seçin
Şəkil seçərkən çox ehtiyatllı olun çünki söhbət uşaqlardan gedir. Konkret şəxslərin müəyyən edilə bilməyəcəyi ümumi bir fotoşəkil seçmək daha yaxşıdır. Dini kimliyi əks etdirən və birbaşa və ya dolayısı ilə bildirilmiş mövzu ilə əlaqəli olmayan vizual materialdan istifadəsindən yayının.
Təbrik edirik!
bir mələk kimi
yumşaqsınız!
Siz demək olar ki,
bir mələksiniz!
Daha da tolerant olmağa çalışın!
Növbəti dəfə tolerantlığınızı
sınayın!
Sakitləşin!
Sakitləşin!
Özünüzə zərər verirsiniz!